Modern.az

Azərbaycanın tanınmış rejissoru vəfat edib

Azərbaycanın tanınmış rejissoru vəfat edib

Mədəni̇yyət

24 Aprel 2012, 12:25

Əməkdar incəsənət xadimi, professor, Azərbaycan kino və televiziya rejissoru Tariyel Vəliyev vəfat edib.

Rejissor ömrünün 68-ci ilində xəstəlikdən dünyasını dəyişib.

Tanınmış rejissor Tariyel Vəliyevin bir müddət öncə səhhəti pisləşmişdi. Bununla bağlı Modern.az saytına Tariyel Vəliyevin oğlu, rejissor Vüqar Vəliyev bildirmişdi ki, T.Vəliyev aprel ayının 10-da Klinik Tibbi Mərkəzdə bağırsaq əməliyyatı keçirib.
Bir neçə gün sonra rejissoru palataya köçürmüşdülər. Lakin daha sonra onun vəziyyəti qəflətən pisləşdiyinə görə yenidən reanimasiyaya qaytarmışdılar.

Qeyd edək ki, Tariyel Vəliyev Azərbaycan Dövlət Televiziyası "Ədəbi-dram verilişləri" baş redaksiyasının baş rejissoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Televiziya rejissoru" kafedrasının müdiri, professor idi. Azərbaycan televiziya məkanında ilk çoxseriyalı televiziya tamaşasının, Aslan Qəhrəmanovun "Səni axtarıram", "Bağışla", "Səndən xəbərsiz" teleserialının quruluşçu rejissorudur.

 İsi Məlikzadənin "Qaranquş yuvası", Seyid Hüseynin "Məhəbbət macərası", Əzizə Əhmədovanın "Pəncərədə işıq", İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən", Mar Bayciyevin "Duel", Anarın "Ötən ilin son gecəsi", "Evləri köndələn yar", Vaqif Səmədoğlunun "Yaşıl eynəkli adam-1" teletamaşalarını çəkib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır