Modern.az

Heydər Əliyev Fondu qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin edəcək

Heydər Əliyev Fondu qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin edəcək

10 Sentyabr 2009, 18:30

Heydər Əliyev Fondu qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin edəcək. Modern.az xəbər verir ki, 10 mindən çox birinci sinif şagirdinə təqdim olunacaq çantalara 15 adda fənn dəftərləri, üç adda albom, rəngli karandaşlar, plastilin, boya, qayçı, qələm və s. qoyulacaq.
Yeni dərs ilinin əvvəlində Heydər Əliyev Fondunun "Təhsilə dəstək" layihəsi çərçivəsində məktəblilərə çanta və dərs ləvazimatlarının paylanması ənənəyə çevrilib. Fond 2004-cü ildən təhsilə dəstək missiyasını davam etdirir. Bu aksiyalar çərçivəsində bu günədək 200 mindən çox birinci sinif şagirdi dərs vəsaiti ilə təmin edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər