Modern.az

Ekoloji tələbləri pozanlarla bağlı araşdırma aparılıb

Ekoloji tələbləri pozanlarla bağlı araşdırma aparılıb

8 Yanvar 2010, 11:42

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumları tərəfindən 2009-cu ilin 16-30 dekabr tarixlərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 69 akt və protokol tərtib olunub və 16 məcburi göstəriş verilib.
Ümumilikdə 27 iş üzrə 34725 manat məbləğində cərimə tətbiq edilib, ondan 30233,79 manat ödənilib. Ətraf mühitə dəymiş ziyanla bağlı 21 iş üzrə 307848,43 manat məbləğində iddia qaldırılıb, ondan 7786,82 manatın ödənilməsi təmin edilib. İdarə və müəssisələrə 161 iş üzrə 23711,73 manat məbləğində ödəmə tətbiq edilib, ondan 72257,18 manat ödənilib. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 3 işdən 1-nə, Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçılarına göndərilmiş 22 işdən 6-na, məhkəmələrə göndərilmiş 7 işdən 2-nə baxılaraq müvafiq tədbirlər görülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi