Modern.az

Nazirlik: "Seymur Baycana o halda cavab verərdik ki,..”

Nazirlik: "Seymur Baycana o halda cavab verərdik ki,..”

25 Aprel 2012, 16:48

Bu günlərdə tanınmış yazar Seymur Baycan mədəniyyət və turizm naziri  Əbülfəs Qarayevə açıq məktub yazıb. Mətbuatda dərc etdirdiyi məktubda S.Baycan yazıçıların bir sıra probleminə toxunub. Bildirib ki, “yazıçı kənara, sakit bir yerə çəkilməlidir. Göz qarşısında bu proses çətin alınır. Yaradıcı proses yaradıcı insandan bir müddət hər şeydən təcrid olunmağı tələb edir. Bu isə maddi təminat deməkdir”.

Daha sonra S. Baycan nazirdən istəyi barədə bunları deyib:
“Mən sizdən villa, maşın, kurorta təyinat istəmirəm. May ayında Bakıda keçiriləcək “Eurovision” mahnı yarışmasının final konsertinə satılmış dörd biletin pulunu mənə verin. Hekayələr yazmaq istəyirəm. Beynimdə hazırdı. Sadəcə, bir müddət təcrid olunub kağıza köçürmək lazımdır. Bu isə maddi təminat tələb edir. May ayında Bakıda keçiriləcək “Eurovision” mahnı yarışmasının final konsertinə satılmış dörd biletin pulu mənim təcrid olunub hekayə yazmağıma bəs edir”.
Bu məsələ ilə bağlı açıq məktubun ünvanlandığı nazirliklə əlaqə saxladıq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva Modern.az-a bildirib ki, o məktubu oxuyublar və ona cavab verməyəcəklər:

“ Əgər o nazirliyə rəsmi məktub yazsaydı, cavab alardı. Bu özü üçün bir yazıdır. Hər kəsin haqqı var ona cavab verməməyə. Biz hələki ona reaksiya vermirik. O məktubda özü-özünə cavab verib ki, onu bizə yazmalı deyildi”.

Anar Kəlbiyev  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?