Modern.az

Pərvinin “Qar yağacaq” kitabının imza günü keçiriləcək

Pərvinin “Qar yağacaq” kitabının imza günü keçiriləcək

Mədəni̇yyət

25 Aprel 2012, 16:01

29 aprel 2012-ci il tarxində saat 12:00-da “Nərimanov” metrostansiyasının yaxınlığındakı MetroPark Ticarət Mərkəzinin üçüncü mərtəbəsində yerləşən “Əli və Nino” kitab evində gənc yazar Pərvinin “Qar yağacaq” kitabının imza günü keçiriləcək.

Modern.az xəbər verir ki, bu kitab Azərbaycan Yazıçılar Birliyi ilə «Təhsil» nəşriyyatının birgə layihəsi olan «Müəllifin ilk kitabı" seriyasından ikinci nəşrdir. 

 “Qar yağacaq” kitabına 1 povest və 9 hekayə daxildir. Bu yazıların hər birində zərif qadın yanaşması, emosional, estetik cizgilərlə yanaşı, dərin alt qatlar da özünü göstərir. 

Kitaba ön sözü Yazıçılar Birliyinin gənclər üzrə katibi Rəşad Məcid yazıb, redaktoru Mustafa Çəmənlidir. 

Pərvin Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Gənc Ədiblər Məktəbi”nin məzunudur. Mətbuatda ədəbi söhbətlər, esse, hekayə və publisistik qeydləri ilə ardıcıl olaraq çıxış edir. 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!