Modern.az

ABŞ İrana qarşı müharibəyə hazırlaşır

ABŞ İrana qarşı müharibəyə hazırlaşır

8 Yanvar 2010, 13:43

Amerika İrana qarşı hərbi əməliyyata hazırlığa başladı. Modern.az-ın xarici KIV-lərə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Silahlı Qüvvələri Birləşmiş Qərargah rəisləri Komitəsinin rəhbəri Maykl Mullen bildirib.  
Onun sözlərinə görə, ABŞ İranla hərbi qarşıdurma istəmir, lakin hər ehtimala qarşı öz hərbçilərini İranla mümkün müharibəyə hazırlayır. “Münaqişənin diplomatik danışıqlar çərçivəsindən çıxmaması üçün bizdən asılı olan hər şeyi etdik, lakin biz yaxşı bilrik ki,  hər şeyə hazır olmalıyıq”- deyə Mullen bildirib.  

Mullen etiraf edib ki, ABŞ İranla mümkün müharibənin hərbi planlaşdırılmasında çətinlik çəkir, belə ki, Amerika İraq və Əfqanıstan müharibəsini  davam etdirir.
 
O, quru qoşunların İran ərazisinə yeridilməsinin az ehimallı olduğunu da bildirib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir