Modern.az

Bakıda Çin vətəndaşını oğurlayan dəstə yaxalanıb

Bakıda Çin vətəndaşını oğurlayan dəstə yaxalanıb

8 Yanvar 2010, 15:23

Modern.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidməti bir neçə gün öncə Bakıda yaşayan Çin vətəndaşının oğurlanmasına dair məlumat yayıb.
Məlumatda bildirilib ki,  2010-cu il yanvarın 6-da Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayan Çin vətəndaşı Zhanq Yaoqin DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edərək arvadı Zhanq Venilin 8-ci kilometr qəsəbəsində özünə məxsus olan “Opel Astra” avtomobili ilə birlikdə naməlum şəxslər tərəfindən oğurlanması və azad olunması müqabilində 300 min ABŞ dolları tələb olunması barədə xəbər  verib.

DİN və MTN əməkdaşlarından ibarət əməliyyat-axtarış qrupu yaradılıb və təxirəsalınmaz tədbirlər nəticəsində müəyyən edilib ki, Zhanq Venil yanvarın 5-də həyat yoldaşı ilə birlikdə 8-ci km qəsəbəsində yaşayan həmyerlisi Li Vinin evinə qonaq gedib. O, təxminən 20.00 radələrində həyətə çıxıb və geri qayıtmayıb.

Səhəri gün Zhanq Venilə məxsus mobil telefondan həyat yoldaşına zəng vuran naməlum şəxslər onun Çin vətəndaşları tərəfindən oğurlandığını bildirib və azadlığa buraxılması müqabilində pul tələb ediblər.

Həmin şəxslər polisə xəbər veriləcəyi və pulun ödənilməyəcəyi təqdirdə Venilin öldürüləcəyini bildiriblər.

Yanvarın 7-də girov götürülmüş Çin vətəndaşının həyat yoldaşının mobil telefonuna zəng vuran şəxslər Venilin kəsilmiş barmağının yaşadığı evin həyətinə atıldığını bildiriblər. Zərərçəkənin kəsilmiş barmağı evin həyətindən tapılıb.

Həmin gün həyata keçirilmiş tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Çin vətəndaşları Li Jien Vei, Zenqo Van, Vanq Liyonq, Vanq Konqyonq və Zinq Laxu saxlanılıb.

Onların yaşadıqları evdən cinayətdə istifadə olunmuş maskalar, bıçaqlar, balta, dəmir dəyənəklər, mobil telefonlar və s. aşkar edilərək götürülüb.

Zhanq Venil girovluqdan azad edilib.

Faktla bağlı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Cinayət Məcəlləsinin adam oğurluğu (144.1) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir