Modern.az

Xarici ölkələrdə Ağdaban faciəsilə bağlı silsilə təbirlər keçirilir

Xarici ölkələrdə Ağdaban faciəsilə bağlı silsilə təbirlər keçirilir

Təhsil

26 Aprel 2012, 10:19

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi Ağdaban Faciəsinin 20–ci ildönümü ilə əlaqədar xarici ölkələrdə silsilə tədbirlər təşkil edir.

21 aprel 2012-ci ildə Turkiyə Cümhüriyyətinin Ankara şəhərində Müstəqil Jurnalistlər Birliyində Agdaban faciəsi movzusunda dəyirmi masa keçirilib. “Aşıq Şəmşir” Mədəniyyət Ocağının nümayəndəsi Fərid Xanməmmədov faciə haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Qurumun Almaniyadakı nümayəndəliyi 15 -20 aprel 2012-ci ildə Maynz, Hannover və Flesburunq şəhərində yaşayan Türk və Azərbaycanlı tələbələrin iştirakı ilə bir görüş təşkil edib. Tədbirdə qurumun Almaniyadakı nümayəndəsi Vasif Hüseynov Ağdaban faciəsi haqqında iştirakcılara məlumat verib.

Tədbir iştirakçılarına Ağdaban faciəsi haqqında məlumat kitabçaları, türk, alman və ingilis dilində broşürlər paylanıb və faciə barədə film göstərilib.
Filmdə Ağdaban faciəsi Azərbaycan xalqına qarşı törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı kimi tarixin açılmamış səhifələrindən biri olaraq təqdim edilib.

1992 –ci ilin aprelin 7-dən 8-nə keçən gecə Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndı ermənilər tərəfindən yandırılıb, kəndin 779 nəfər dinc sakininə qeyri-insani işkəncələr verilib. 48 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib. Erməni faşistləri mədəni irsimizə qarşı törətdiyi vandalizim siyasətinin davamı kimi Azərbaycan ədəbiyyatına misilsiz töhfələr vermiş şair Ağdabanlı Qurbanın və oğlu klassik aşıq şeirinin usdadlarından olan Dədə Şəmşirin əlyazmalarını yandırıblar. Bu, bir kəndin sakinlərinə tutulmuş amansız və insanlıq adına sığmayan divan idi.



Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar