Modern.az

Elmar Məmmədyarov Britaniyalı deputatlarla görüşüb

Elmar Məmmədyarov Britaniyalı deputatlarla görüşüb

26 Aprel 2012, 10:32

Böyük Britaniyada işgüzar səfərdə olan Xarici İşlər Naziri Elmar Məmmədyarov 25 aprel tarixində Britaniya-Azərbaycan Parlament Qrupunun üzvləri ilə görüşüb Bu barədə Modern.az-a nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib.

Bildirilib ki, görüş zamani Nazir Britaniyalı parlamentarilərə Azərbaycanda gedən dövlət quruculuğu prosesi və ölkəmizin Avropa məkanı üçün geostrateji əhəmiyyəti haqqında məlumat verib. Bununla yanaşı Azərbaycanın enerji siyasəti və Avropanın enerji təhlükəsizliyində oynadığı rol, ölkəmizin iştirakı ilə reallaşdırılan irimiqyaslı enerji layihələrindən söz açan Nazir E.Məmmədyarov, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və münaqişənin doğurduğu nəticələr, münaqişənin həlli istiqamətində aparılan sülh danışıqları barəsində qonaqlara məlumat verib.

E.Məmmədyarov həmçinin Azərbaycanın xarici siyasət uğurlarına toxunmuş, Böyük Britaniya ilə ölkəmiz arasında bütün sahələrdə dərinləşən münasibətləri vurğulamışdır. Bundan əlavə Nazir Azərbaycanın Əfqanıstanda sabitliyin bərpası və inkişafına verdiyi töhfələri də qonaqların diqqətinə çatdırıb.

Sonda E.Məmmədyarov Parlament Qrupunun üzvlərinin Azərbaycanın xarici siyasəti ilə bağlı ünvanladığı sualları cavablandırıb.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?