Modern.az

Sumqayıtda kütləvi zəhərlənmə baş verib

Sumqayıtda kütləvi zəhərlənmə baş verib

26 Aprel 2012, 13:06

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, dünən Sumqayıt şəhərində 10 nəfər kimyəvi maddədən zəhərlənib.  

Məlumatda qeyd edilib ki, aprelin 25-də Sumqayıt şəhəri Poladkonstruksiya Quraşdırma ASC-nin ərazisində, Türkiyə vətəndaşı Çengiz Tisin icarə əsasında işlətdiyi kağız emalı sexində, özü və orada fəhlə işləyən Xaçmaz rayon sakini Kamran Məlikməmmədov, Sumqayıt şəhər sakinləri Yalçın Hüseynov, Mais Həmzəyev, Rəvan Səlimov, onun qardaşı, Rahid, Bəylər Qocamanov, Bəxtiyar Əsgərov, Vüqar Salmanov və Mirmehdi Fəttayev kimyəvi maddədən zəhərlənmişlər. Xəstəxanaya aparılarkən K.Məlikməmmədov yolda ölmüş, Ç.Tisin, Y.Hüseynovun və M.Həmzəyevin vəziyyətləri ağır, M.Fəttayevin vəziyyəti orta-ağır, digərlərinə isə tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI