Modern.az

Şirməmməd Hüseynov Şamil Vəliyevi təriflədi

Şirməmməd Hüseynov Şamil Vəliyevi təriflədi

26 Aprel 2012, 13:50

Bir neçə gün bundan öncə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə yeni dekan seçildi. Professor Şamil Vəliyevin bu vəzifəyə seçilməsini əksəriyyət müsbət qarşılasa da, ağız büzənlər də oldu.
Jurnalistikamızın ağsaqqalı, mətbuat tədqiqatçısı, professor Şirməmməd Hüseynov da Modern.az-a açıqlamasında yeni dekan seçimindən çox razı qaldığını bildirib:  

“ Əvvəlcə 4 kafedrada kollektiv iclasımız oldu. Köhnə dekanımız Yalçın Əlizadəyə təşəkkür elədik. Çünki 10 il ərzində bu fakültə üçün çox yaxşı işlər görüb. Fakültəmizin elmi səviyyəsini, tədris işlərini, təhsilin keyfiyyətini çox yüksəltdi. Amma vaxt bitmişdi. Yeni dekan seçmək lazım idi. Biz də kollektiv qərara aldıq ki, yeni dekanımız elmlər doktoru, professor, mətbuat tariximizin bu gününü, sabahını yaxşı bilən Şamil Vəliyev olsun. Həm cavandır, həm də potensialı yüksəkdir. Bizim hamımızın ürəyincə oldu bu seçim. Şamil Vəliyev elmi, savadı, mədəniyyəti, düzlüyü, nəfsinə hakimliyi ilə seçilən müəllimlərimizdəndir. Əsas odur ki, fakültəmiz yaxşı insanın əlinə keçdi. Yalçın müəllimi özü kimi yaxşı dekan əvəz etdi”.

                 

Şahanə RƏHİMLİ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır