Modern.az

Polis İctimai Televiziyanın “əməkdaşları”nı yaxalayıb

Polis İctimai Televiziyanın “əməkdaşları”nı yaxalayıb

26 Aprel 2012, 14:13

İctimai Televiziyanın adından sui-istifadə halı aşkarlanıb. Modern.az adıçəlilən telekanala istinadən bildirir ki, aprelin 24-ü saat  09.15 radələrində Şəki rayon Meşə Mühafizəsi və Bərpası müəssisəsinə gələn Samir Mehdiyev və Təşviqi İsmiəli adlı şəxslər özlərini İctimai Televiziya və Radio Yayımları şirkətinin xəbərlər departamentinin şöbə müdiri və əməkdaşı kimi təqdim ediblər. Adı çəkilən şəxslər müəssisənin direktoru ilə görüşmək istəsələr də onları direktor müavini baş meşəbəyi Nemət Rəsulov qəbul edib. Samir Mehdiyev və Təşviqi İsmiəli direktoru gözləməyə vaxtları olmadığını bildirərək pul tələb ediblər. İctimai Televiziya əməkdaşlarının heç vaxt belə hərəkətlər etmədiyini bilən Şəki meşə mühafizəsi və bərpası müəssisəsinin rəhbərliyi həmin şəxslərdən şübhələnib. Bu səbəbdən dərhal İctimai Televiziyanın bölgə muxbiri müəsissəyə dəvət olunub. Söhbət zamanı Samir Mehdiyev və İsmiəli Təşviqinin İctimai Televiziyanın əməkdaşları olmadığı və heç vaxt İctimai TV-də işləmədiyi məlum olub. Bundan sonra Şəki meşə mühafizəsi və bərpası müəssisəsi polisə müraciət edib. Polislərin ilkin araşdırması nəticəsində Samir Mehdiyev və İsmiəli Təşviqinin “Molla Nəsrəddin” qəzetinin əməkdaşları olduğu ortaya çıxıb.

Faktla bağlı Şəki şəhər polis şöbəsində araşdırma davam etdirilir.     
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir