Modern.az

Tiflisdə çoxmərtəbəli bina uçub, ölənlər var

Tiflisdə çoxmərtəbəli bina uçub, ölənlər var

8 Yanvar 2010, 15:58

Bu gün  Tiflisdə 9 mərtəbəli bina uçub. Modern.az Gürcüstanın “Apsny” agentliyinə istinadən məlumat verir ki, bina əvvəllər Milli Qvardiya İdarəsinə məxsus olub. Sonradan isə Ədliyyə Nazirliyinə verilib. Tiflisin köhnə Ortaçala məhəlləsində yerləşən binada 4 nəfərin qaldığı bildirilib.  Hadisəyə qədər binada təmirqabağı təmizlik işləri aparlıb. Bu işi isə binanın reabilitasiyası üçün elan olunmuş tenderdə qalib gəlmiş “Alazi”  firması öz üzərinə götürüb. Binanın dağıntıları altından 2 fəhlənin cəsədi  зıxarılıb. Günorta yerli vaxtla saat 13:00-da binanın yuxarı mərtəbələri də uçub. Hazırda hadisə yerində 4 xilasedici briqada işləyir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər