Modern.az

Qənirə Paşayeva Gürcüstanın vitse-spikeri ilə görüşüb

Qənirə Paşayeva Gürcüstanın vitse-spikeri ilə görüşüb

26 Aprel 2012, 14:50

Modern.az-ın məlumatına görə, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun sədri, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva Strasburqda Gürcüstan Parlamentinin vitse-spikeri Mixail Maçavariani və bu ölkənin AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə görüşüb. Görüşdə millət vəkili Q.Paşayeva bildirib ki, Azərbaycan-Gürcüstan münasibətləri sadəcə qonşuluq və dostluq münasibətləri deyil, ən yüksək səviyyədə strateji müttəfiqlik münasibətləridir. İki ölkə arasında münasibətlərin sürətlə inkişaf etdiyini vurğulayan Q.Paşayeva deyib ki, Azərbaycan və Gürcüstanın parlament üzvləri, parlamentlərarası dostluq qrupları və iki ölkənin parlament nümayəndə heyətləri AŞPA da daxil olmaqla, bütün beynəlxalq təşkilatlarda əməkdaşlığı daha da genişləndirməli və ölkələrimizin maraqları çərçivəsində, dövlətlərimizin ərazi bütövlüyünün təmin olunması istiqamətində əməkdaşlığı və işbirliyini daha da artırmalıdırlar.

   Millət vəkili bildirib ki, Azərbaycan və Gürcüstanı ortaq keşmiş, dostluk münasibətləri. ümumi maraqlar, Gürcüstan vətəndaşı olan Azərbaycanlılar və Azərbaycan vətəndaşı olan Gürcülərlə bərabər ortaq problemlər də birləşdirir. Azərbaycan və Gürcüstanın hər ikisinin  ərazi bütövlüyünün pozulması problemlərindən əziyyət çəkdiyini bildirən Qənirə Paşayeva bu problemin də hər iki ölkəni birləşdirdiyini vurğulayıb. O, bildirib ki, bu məsələdə Azərbaycan və Gürcüstan millət vəkilləri bundan sonra da bütün platformalarda birgə çıxış etməli və hər zaman biri-birilərinə qarşılıqlı dəstək göstərməlidir. 

   Bu fikirlə həmfikir olduğunu bildirən Gürcüstan Parlamentinin vitse-spikeri deyib ki, bu problemlər xüsusi olaraq müstəqil, güclü Azərbaycan və Gürcüstanın formalaşması və inkişafına mane olmaq üçün yaradılıb. Ona görə də ölkələrimizin ərazi bütövlüyünün bərpası istiqamətində hər iki ölkənin parlament üzvlərinin birgə fəaliyyətinin daha da güclənməsi, birgə səylərin daha da artırılması vacibdir. Azərbaycanın Gürcüstanın  dostu və strateji müttəfiqi olduğunu vurğulayan Mixail Maçavariani iki ölkə arasında bütün sahələrdə o cümlədən parlamentlərarası əməkdaşlığın getdikcə daha da güclənməsinin sevindirici hadisə olduğunu vurgulayıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir