Modern.az

KXCP sədri: “Obyektiv və subyektiv səbəblərdən ABŞ-a gedə bilmədim”

KXCP sədri: “Obyektiv və subyektiv səbəblərdən ABŞ-a gedə bilmədim”

26 Aprel 2012, 15:29

Klassik Xalq Cəbhəsi Partiyasının sədri (KXCP) Mirmahmud Mirəlioğlu Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının adlndan ABŞ-a Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevin göndərilməsilə bağlı Modern.az-a açıqlama verib. M.Mirəlioğlu nə üçün Fuad Əliyevin bu səfərə göndəriləməsi ilə bağlı sualımıza cavabında bildirib ki, bu qərar son anda verilib.

“Burda məncə heç bir problem yoxdur. Sadəcə Fuad bəyin imkanları alındı, o gedəsi oldu. Biz belə qərara gəldik. Mən isə sadəcə obyektiv və subyektiv səbəblərdən dolayı ABŞ-a səfər edə bilmədim. Qeyd edim ki, öncədən heyətin tərkibində başqalarının da adı var idi. Bu belə alındı”-deyə KXCP sədri vurğulayıb.

M.Mirəlioğlu qeyd edib ki, LDP sədri də kifayət qədər siyasi təcrübəyə malikdir və bu baxımdan F.Əliyevin ABŞ-a səfərə getməsi normal qarşılanmalıdır.

Qeyd edək ki səfər zamanı F.Əliyevin Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevlə görüşü planlaşdırılıb.

Xatırladaq ki, Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkata Açıq Cəmiyyət, Klassik Xalq Cəbhəsi, Aydınlar, Liberal Demokrat, Azadlıq partiyaları daxildir.

Anar RÜSTƏMOV

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi