Modern.az

Azərbaycanda yeniyetmə qızların abortuna dair şok STATİSTİKA

Azərbaycanda yeniyetmə qızların abortuna dair şok STATİSTİKA

26 Aprel 2012, 16:27

Təkcə bir ildə 150-dən çox 15-17 yaşlı yeniyetmə qız abort etdirir…

Azərbaycanda nikah yaşı 18 olsa da, erkən yaşda ərə verilən qızların sayı ilə bağlı ciddi rəqəmlər var və bu, son illər artmaqda davam edir. Ölkənin bəzi bölgələrində qız uşaqlarını çox erkən yaşlarında – 15-16 yaşlarında ərə verməyə adət ediblər. Amma ölkəmizdə bundan daha dəhşətli və biabrıçı faktlar varmış.

Modern.az saytının araşdırması nəticəsində məlum olub ki, nikah yaşı çatmayan qızlarla bağlı digər utancverici fakt erkən yaşda aborta məruz qalma hallarının artmasıdır.

Dövlət Statistika Komitəsindən aldığımız rəsmi məlumat belə deməyə əsas verir. Rəsmi statistikaya görə, hər il Azərbaycanda 15-17 yaşlı xeyli qız aborta məruz qalır. Rəsmi statistikada bununla bağlı rəqəmlərin ilbəil artdığı açıq-aydın görünür.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2008-ci ildə 15-17 yaşı olan 131 qız aborta məruz qalıb. Sonrakı illərdə bu rəqəm bir qədər də artıb: 2009-cu ildə 15-17 yaşında 145 qız, 2010-cu ildə isə bu yaşda 158 qız abort etdirib.

Razılaşaq ki, bu statistika ölkə üçün utancverici faktdır...

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...