Modern.az

Milli Şura şagirdləri sınağa çəkib

Milli Şura şagirdləri sınağa çəkib

26 Aprel 2012, 16:46

Modern.az-ın məlumatına görə, Azərbacyan Respublikası Gənclər Təşkilatları Milli Şurasının “VƏTƏNİ TANI” Ümumrespublika  Kampaniyası artıq final mərhələsinə doğru davam edir. Artıq demək olar ki, regionların hamısında seçim turları yekunlaşmaq üzrədir.

Kampaniyanı həyata keçirən işçi qrupu Bakı şəhəri üzrə ayrı-ayrı rayonlarda seçim turlarını başlayıb. Növbəti seçim turu Bakını Xəzər rayonunda keçirilib. Rayonun 237 saylı orta məktəbdə baş tutan yarışma gənclərin marağına səbəb olub. Milli Şuranın “Sosial və humanitar məsələlər üzrə departamenti”nin sədri, işçi qrupunun rəhbəri Əligül Ağayev gəncləri kampaniyanın məqsədi barədə gəncləri məlumatlandırıb. Rayon məktəblərindən olan 150 gənc “Vətəni tanı” kampaniyasının iştirakçısı olub.

Tədbirin açılış mərasimində çıxış edən 237 saylı orta məktəbin direktoru Tərənə Qurbanova və rayon Gənclər və İdman idarəsinin nümayəndəsi Rəşad Qəndəliyev çıxış edərək layihənin əhəmiyyətindən danışıblar.

Gənclər arasında kiçik sorğu keçirən işçi qrupunun üzvləri öyrəniblər ki, ölkəmizdə ilk dəfə olaraq keçirilən bu genişmiqyaslı kampaniya gənclər tərəfindən dəstəklənir. Xəzər rayonunda da 2 gənc Respublika turuna vəsiqə qazanıb.

Modern.az

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı