Modern.az

Sabir Rüstəmxanlı qasırğadan ziyan çəkmiş sakinlərlə görüşüb

Sabir Rüstəmxanlı qasırğadan ziyan çəkmiş sakinlərlə görüşüb

Parlament

8 Yanvar 2010, 16:09

Yanvarın 8-də Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı bir neçə gün əvvəl baş verən qasırğa nəticəsində ziyan çəkmiş Yardımlı rayon sakinlərilə görüşüb. Bu barədə Modern.az-a deputatın mətbuat xidmətindən məlumat verilib.
Daha çox dağıntılara məruz qalan kəndlərdə təbii fəlakətin ziyan vurduğu tikililərlə tanış olan S.Rüstəmxanlı deyib ki, Fövqəladə Hallar Nazirliyinin yerli şöbəsinin qasırğanın törətdiyi fəsadları aradan qaldırmaq üçün çalışmalarına baxmayaraq, hələ də bəzi kəndlərin enerji təminatı,  telefon rabitə sistemi təmin edilməyib və elektrik dirəklərinin bərpası başa çatmayıb. Evləri daha çox dağıntıya məruz qalan sakinlər isə bərpa işlərinin gecikməsindən narahatlıqlarını ifadə ediblər.
Yerli icra strukturlarından isə bildirilib ki, dağıntıların miqyası böyük olduğu üçün fəlakətin qarşısını qısa müddətdə aradan qaldırmaq mümkün deyil və yalnız kommunikasiya xətlərinin bərpasından sonra dağıntıya məruz qalan evlərin sakinlərinə maddi və texniki yardımların göstərilməsinə başlanacaq.
Daha sonra VHP Yardımlı rayon təşkilatı üzvləri ilə görüş keçirən millət vəkilinə mövcud durum və bələdiyyə seçkilərinin nəticələri haqda bilgi verilib, müzakirələr aparılıb. Sabir Rüstəmxanlı rayon əhalisi ilə görüşlərini davam etdirir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu