Modern.az

Medvedev Saakaşviliyə həqarət edib, aşağıladı

Medvedev Saakaşviliyə həqarət edib, aşağıladı

26 Aprel 2012, 17:34

Rusiya prezidenti ona “heç kimsən” dedi

Rusiyanın prezidenti Medvedev Gürcüstan prezidenti Mixail Saakaşvilini “heç kim” və “heç nə”  adlandırıb. Modern.az bildirir ki, Rusiya TV-lərinə müsahibəsində prezident gec ya tez Gürcüstanda Rusiyanın əməkdaşlıq edə biləcəyi rəhbərin hakimiyyətə gələcəyini əminliklə vurğulayıb.

”Əminəm ki, bizim xalqın Gürcüstana qarşı heç bir qəsd-qərəzliyi yoxdu, əksinə Gürcüstan bizə yaxın ölkədir, gürcü xalqı bizə yaxın və əzizdir. Gürcüstan siyasətçilərinin nə deməsindən asılı olmayaraq, biz dəfələrlə Gürcüstanı xilas etmişik”- deyə Medvedev müsahibəsində bildirib.

Sonda prezident əlavə edib  ki, ”Saakaşvili boş yerdir, sıfırdır, heç nədir. O gec ya tez siyasi həyatdan gedəcək, biz isə hakimiyyətə gələn yeni liderlə diplomatik münasibətləri qaydaya salmağa, münasibətləri tənzimləməyə hazırıq”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir