Modern.az

Çöhrəqanlı rəsmi Bakıdan və Ankaradan izn istəyir

Çöhrəqanlı rəsmi Bakıdan və Ankaradan izn istəyir

26 Aprel 2012, 19:40

 “Azərbaycan, xüsusilə də Bakı və Gəncə şəhərləri üçün darıxmışam. Ümid edirəm ki, yaxın həftələrdə Azərbaycana gələ biləcəyəm". Bu sözləri bu gün DAK-ın mətbuat konfransına internet vasitəsilə qatılan Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri Mahmudəli Çöhrəqanlı söyləyib.

M.Çöhrəqanlı Azərbaycan rəhbərliyinə müraciət edərək ölkəyə gəlməsinə şərait yaradılmasını xahiş edib.

Güney azərbaycanlıları ilə bağlı narahatlığını ifadə edən GAMOH sədri Azərbaycan hökumətinə səslənib: "Biz imkan verməməliyik ki, Azərbaycan türkləri Kərkük türkmənlərinin vəziyyətinə düşsün".

Yeri gəlmişkən, Mahmudəli Çöhrəqanlının Türkiyəyə girişinin sərbəst olması ilə bağlı da Baş nazir Rəcəb Tayyib Ərdoğana müraciət edilib. İzmir Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Camal Mehmetxanoğlunun verdiyi məlumata görə, o, Türkiyənin Baş nazirinə yazdığı məktubda Çöhrəqanlının ölkəyə girişinə qoyulan qadağanın götürülməsini istəyib.

Qeyd edək ki, İran vətəndaşı olan Mahmudəli Çöhrəqanlı hazırda ABŞ-da mühacirətdədir.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır