Modern.az

Azərbaycanda “Elektron imza” almaq istəyənlərin sayı artır

Azərbaycanda “Elektron imza”  almaq istəyənlərin sayı artır

Təhsil

27 Aprel 2012, 09:52

““Elektron imza”  almaq istəyənlərin sayı artır. Artıq bir neçə qurum Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Məlumat Hesablama Mərkəzinə (MHM) müraciət edib”.  Bu barədə Modern.az saytına açıqlamasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov deyib. O bildirib ki, “Aztelekom” İstehsalat Birliyi 350 elektron imza sifariş edib.

“Hazırda mərkəz  Bakı Telefon Rabitəsi İstehsalat Birliyi, Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin əməkdaşlarına “elektron imza” vermək üçün işlər aparır. İntensiv işlər görülür. Onlarla yeni müqavilələr bağlanılıb. Yeri gəlmişkən, onu da deyim ki, İqtisadi İnkişaf,  Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri də “elektron imza” almaq üçün müraciət edən qurumlar arasındadır”. M.Əmirov bir müddət öncə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasınnın sədri Məleykə Abaszadənin elektron imzanın az zaman müdətində daha ucuz verilməsi təklifinə də baxıldığını və bu məsələnin gündəmdə olduğunu qeyd edib.

Aytən ƏLİYEVA  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!