Modern.az

Deputat AŞPA-da Qarabağ problemindən danışıb

Deputat AŞPA-da Qarabağ problemindən danışıb

27 Aprel 2012, 10:11

Millət vəkili Qənirə Paşayeva AŞPA-da çıxışı zamanı Dağlıq Qarabağ məsələsini yenidən gündəmə gətirib. Deputat dünya ictimaiyyətini Ermənistana təzyiqləri artırmağa çağırıb: 

“Biz Şimali Qafqazdakı məcburi köçkünlərin çəkdiyi əziyyətləri, yaşadığı acıları ən yaxşı anlayan insanlardanıq. Mən hər  9 nəfər vətəndaşından biri qaçqın və məcburi köçkün olan Аzərbaycanın nümayəndəsi olaraq Şimali Qafqazdakı məcburi köçkün insanların hansı çətinliklər çəkdiyini bir çoxlarından daha yaxşı anlayıram. Mən məruzədə Şimalı Qafqazdakı məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılmasına çağıran bütün tövsiyyələri dəstəkləyirəm. Amma o insanlar bizdən çox şey gözləyirlər.  Sadəcə müzakirələr aparmaq və sənədlər qəbul etməklə əsas işimizi bitmiş hesab edə bilmərik. O, insanlar bizdən qəbul etdiyimiz qətnamələrin, sənədlərin həyata keçmısi üçün daha təsirli mexanizmlərə əl atmamızı gözləyirlər”

Millət vəkili çıxışında Azərbaycanlı məcburi köçkün və qaçqınların üzləşdiyi problemlərdən söz açıb.

“Bütün Avropadakı qaçqın və köçkünlərin 3-dən biri təkcə Azərbaycandadır. Çünki torpaqların 20 faizinin Ermənistan tərəfindən işğal olunması və bu işğalın hələ də davam etməsi səbəbindən 100 minlərlə azərbaycanlı məcburi köçkünlər 20- ildir ki, öz evlərinə dönə bilmirlər. Bir neçə gün sonra may ayında Azərbaycanın Şuşa şəhərinin və Laçın rayonunun işğalının 20-ci ili tamam olur. 20 ildir  Şuşalılar, Laçınlılar və digər məcburi köçkünlər  öz  evlərinə qayıda bilmirlər və bu Avropa məkanında davam edən ən böyük insan haqları pozuntusudur.  Amma gəlin xatırlayaq sonuncu dəfə bununla bağlı müzakirələri nə vaxt aparmışıq. Artıq uzun bir zaman keçib. Bununla bağlı qəbul etdiyimiz sənədlər nə qədər həyata keçirilib. Nəticə yoxdur.  Bizim bu assambleyada qəbul etdiyimiz 1416 saylı qətnamədə deyilirdi ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməlidir və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz evlərinə dönməsinə imkan verilməlidir. Qəntamənin qəbilundan 9 il keçsə də Ermənistan bu günə qədər onu yerinə yetirməkdən imtina edir"- deyə Q.Paşayeva qeyd edib.

Deputat avropalı parlamentarilərə müraciət edərək onları Cənubi Qafqazda da məcbiri köçkünlərin vəziyyəti  ilə bağlı yaxın zamanlarda müzakirələr  aparmağa çağırıb.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir