Modern.az

Xanlar Vəliyev: “4 əsgərin güllələnməsi səbəbinin ilkin versiyası bəllidir”

Xanlar Vəliyev: “4 əsgərin güllələnməsi səbəbinin ilkin versiyası bəllidir”

27 Aprel 2012, 11:04

Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyev Şəmkir hərbi birləşməsinin N saylı hərbi hissəsində 4 əsgərin güllələnməsiylə nəticələnən ağır cinayət hadisəsinə dair istintaq barədə danışıb. O, aprelin 17-də baş vermiş cinayət hadisəsilə bağlı istintaqın davam etdirildiyini bildirib.
“Bu hadisə ilə bağlı hələ ki, istintaq başa çatdırılmayıb. Lakin hadisənin səbəblərinin ilkin versiyası bəllidir. Səbəb odur ki, hərbi qulluqçular arasında nizamnamədənkənar münasibətlər yaranır, biri digərini incidib və bu səbəbdən də həmin hadisə baş verib”.

Xatırladaq ki, aprelin 17-də baş verən hadisə zamanı əsgər Məmmədov Vüqar İntiqam oğlunun tabeliyində olan avtomat silahından açılan atəş nəticəsində əsgərlər Nağızadə Pünhan Kamran oğlu və Hüseynov Müseyib Azad oğlu dünyasını dəyişib, digər iki əsgər isə yaralanıb.
Əsgər Məmmədov həbs edilərək fakt üzrə cinayət işi başlanılıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi