Modern.az

TQDK-dan abituriyentlərə xəbərdarlıq

TQDK-dan abituriyentlərə xəbərdarlıq

Təhsil

27 Aprel 2012, 11:38

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, ali məktəblərə hazırlaşan abituriyetntlər üçün sonuncu sınaq imtahanı may ayını 20-də keçiriləcək. Bildirilib ki, artıq Bakı şəhər üzrə mayın 20-də keçiriləcək sınaq imtahanına yazılış başa çatıb.

Qeyd edək ki, bu il üçün ilk sınaq imtahanı aprelin 8-də republikanın müxtəlif şəhər və rayonlarında keçirilib Sınaq imtahanlarında iştirak edən abituriyentlər imtahanlara yazılmaq üçün mobil telefon nömrələrindən 7735 nömrəsinə boş sms göndərməklə virtual ödəmə kartı əldə edə bilərlər.

Ödəmə kartlarını "Visa/Visa Electron" və ya "Mastercard/Maestro" plastik kartı olan istənilən şəxs Komissiyanın internet saytından ödəmə etməklə də əldə edə bilər.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!