Modern.az

Prezident Türkiyənin sənaye nazirini qəbul edib

Prezident Türkiyənin sənaye nazirini qəbul edib

Təhsil

27 Aprel 2012, 12:36

Modern.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 27-də Türkiyə Respublikasının elm, sənaye və texnologiya naziri Nihat Ergünün başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 Azərbaycan ilə Türkiyə arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev elm, sənaye və texnologiya sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edib. Dövlət başçısı Türkiyənin elm, sənaye və texnologiya naziri Nihat Ergünün ölkəmizə səfərinin bu sahədə əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi baxımından önəmli olacağına əminliyini ifadə edib.

 Türkiyənin elm, sənaye və texnologiya naziri Nihat Ergün Prezident Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını prezidentə çatdırıb. Nihat Ergün Azərbaycana səfərindən və Prezident İlham Əliyev ilə görüşündən böyük məmnunluq hissi keçirdiyini deyib. Türkiyəli nazir səfər zamanı rəhbərlik etdiyi nazirliklə Azərbaycanın müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı səmərəli müzakirələr aparacaqlarına ümidvar olduğunu vurğulayıb

 Dövlət başçısı Prezident Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyənin Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar