Modern.az

Nərgiz, Eldar və Leyla: “Qısa müddətdə yaxın dost olmuşuq"

Nərgiz, Eldar və Leyla: “Qısa müddətdə yaxın dost olmuşuq"

Mədəni̇yyət

27 Aprel 2012, 15:54


Azərbaycanın ev sahibliyi etdiyi “Eurovision-2012” Mahnı Müsabiqəsinin aparıcıları Leyla Əliyeva, Nərgiz Birk-Petersen və Eldar Qasımov şouya hazırlıq müddətində Almaniyada treninq keçirlər.
Modern.az xəbər verir ki, aparıcılar artıq ötən həftələrdə Almaniyanın Köln şəhərində müvafiq treninqlərdə olub. Şou aparıcıları qarşıdakı müddətdə Almaniyaya növbəti treninqlərə hazırlaşır.

Bu gün isə «Eurovision-2012”-nin aparıcıları İctimai Televiziyanın "Yeni gün" və ANS televiziyasının "Günəbaxan" verilişlərində qonaq olub.
Eldar aparıcılıq təcrübəsinin məhz “Eurovision” Mahnı Müsabiqəsindən başladığını deyib.

””Eurovision” səhnəsi mənə çox doğmadır. Bu səhnədə aparıcı qismində çıxış etmək böyük qürur hissidir" - deyən Eldar aparıcılıq müddətində tamaşaçılara pozitiv enerji ötürməyin vacib məqamlardan olduğunu bildirib.

17 yaşından ABŞ-da yaşayan Nərgiz isə deyirb ki, Azərbaycanın “Eurovision” qələbəsini də oradan izləyib.
"Eldar və Nigar qalib olduqda mən qürur duydum. Düşündüm ki, Azərbaycanımızın ev sahibliyi etdiyi bu müsabiqədə mənim də bir qatqım olsun. Aparıcılıq heç də mənə yad deyil və çoxsaylı insanlar qarşısında çıxış etməkdə böyük təcrübəm var".

Leyla Əliyeva “Eurovision” Mahnı Müsabiqəsində aparıcılığın gözəl şans olduğunu bildirib. "Hazırda dayanmadan çalışırıq və bu layihədən başqa heç bir şey düşünmürük. Qısa müddətdə yaxın dost olmuşuq".

Qeyd edək ki, hazırda “Eurovision-2012” Mahnı Müsabiqəsinin aparıcılarının "Bakı Kristal Zalı" səhnəsindəki geyimi və şoudakı obrazı üzərində iş gedir.

Sevinc İltifatqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?