Modern.az

2012-ci ilin Dövlət mükafatlarına təqdim olunmuş işlərin SİYAHISI

2012-ci ilin Dövlət mükafatlarına təqdim olunmuş işlərin SİYAHISI

28 Aprel 2012, 09:17

Modern.az saytı Elm, mədəniyyət və ədəbiyyat üzrə 2012-ci ilin Dövlət mükafatlarına təqdim olunmuş işlərin SİYAHISInı təqdim edir

Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət mükafatları Komissiyası bildirir ki, elm, mədəniyyət və ədəbiyyat üzrə 2012-ci ilin Dövlət  mükafatlarına aşağıdakı işlər təqdim olunmuşdur:

Elm sahəsi üzrə

1.  Vaqif Arzumanlı - "Dəyərli ustad (akademik Bəkir Nəbiyev və Azərbaycanda ədəbi əlaqələrin öyrənilməsi və inkişafı problemləri)" (monoqrafiya).

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu təqdim etmişdir.

2. Məhərrəm Məmmədyarov, Nəriman İsmayılov, Akif Nərimanov - "Layların neft verimini artırmaq üçün müasir innovasiya xarakterli biotexnoloji üsulların  işlənməsi və Azərbaycan neft sənayesində tətbiqi".

Azərbaycan Milli Elmlər Akademiyasının Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu təqdim etmişdir.

3. Alxan Məmmədov - "Bənzərəm bir qocaman dağa ki..." (monoqrafiya).

Gəncə Dövlət Universiteti təqdim etmişdir.

4. Əsgər Zeynalov - "Grivanskaə intelliqenüiə" (monoqrafiya).

Azərbaycan Dillər Universiteti təqdim etmişdir.

5. Yavər Camalov, Azad Məmmədov, Eldar Bağırov, Rafiq Hüseynov, Səlahəddin Əsgərov, Cahid Qocayev - "Döyüş sursatlarının yaradılması, istehsalı və utilizasiyası sahəsində aparılmış elmi-tədqiqat, təcrübi-konstruktor işlərinin nəticələri əsasında müasir istehsalat sahələrinin yaradılması".

 Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi təqdim etmişdir.

6. Nigar Vəliyeva - "İrihəcmli üçdilli Azərbaycanca-İngiliscə-Rusca frazeoloji lüğət" (2 cildlik).

Odlar Yurdu  Universiteti təqdim etmişdir.

7. Rauf Sultanov - "Azərbaycanda  bal arısının bioloji xüsusiyyətləri"   (2 cildlik monoqrafiya).

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin F.Məlikov adına Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutu təqdim etmişdir.

8. Qərib Məmmədov, İmran Əhmədov - "Geodeziya və kartoqrafiyanın əsasları" (dərslik).

Azərbaycan Memarlıq və İnşaat Universiteti təqdim etmişdir.

9. Fikrət Əliyev, Yusif Qasımov - "Beynəlxalq reytinq almış ilk Azərbaycan elmi nəşri olan "Applied and Computational Mathematics" An International Journal" ("Tətbiq və Hesablama Riyaziyyatı") Beynəlxalq jurnalın yaradılması".

Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi təqdim etmişdir.

10. Maisə Rəhimova, Teymur Bünyadov, İlyas Babayev - "Azərbaycanda arxeoloji tədqiqatlar" (2 cildlik).

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu təqdim etmişdir.

11. Tamilla Ağayeva - "Katarakta - putğ k istine" (kitab).

"Radioprojekts" Yaradıcılıq Birliyi" Elmi-Tədqiqat və Araşdırmalar Cəmiyyəti təqdim etmişdir.

12. Yaqub Mahmudov, Kərim Şükürov - "Azərbaycan tarixinə dair silsilə tədqiqatlar: "Qarabağ: real tarix, faktlar, sənədlər"; "Naxçıvan: tarixi və abidələri"; Yaqub Mahmudov və başqaları - "İrəvan Xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi" (kitablar).

Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutu təqdim etmişdir.

Mədəniyyət sahəsi üzrə

1. Zərifə Salahova - "Milli və dünya ədəbiyyatı və mədəniyyətinin nailiyyətləri xəzinəsi kimi "Miniatür Kitab" muzey toplusunun təbliği".

Azərbaycan Respublikasının "Kitab" Cəmiyyətinin Rəyasət Heyəti təqdim etmişdir.

 2. Arif Məlikov - "Əbədiyyət" (səkkizinci simfoniya).

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası təqdim etmişdir.

3. Firəngiz Əlizadə, Nərgiz Paşayeva - "İntizar" (opera).

Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyəti təqdim etmişdir.

4. Ramiz Quliyev - "Beynəlxalq simpozium və festivallarda geniş və uğurlu yaradıcılıq fəaliyyəti, xüsusən də son illər dünyanın aparıcı simfonik, kamera və digər orkestrləri ilə böyük müvəffəqiyyətlə həyata keçirdiyi konsert-ifaçılıq layihələri".

Azərbaycan Musiqi Xadimləri İttifaqı təqdim etmişdir.

5. Azərpaşa Nemətov, Fuad Poladov, Məsmə Ağaverdiyeva (Məsmə Aslanqızı) - "Boy çiçəyi" (tamaşa).

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı təqdim etmişdir.

6. Çingiz Abdullayev, Ənvər Əbluç, Kənan Məmmədov, Rafis İsmayılov, Oqtay Rəcəbov, Rasim Balayev - "Tərsinə çevrilən dünya" (bədii film).

Azərbaycan Respublikasının "Pen Klub"u təqdim etmişdir.

Ədəbiyyat sahəsi üzrə

1. Gülbəniz Babaxanlı, Aybəniz Əliyeva-Kəngərli - "Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid" (10 cildlik).

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti təqdim etmişdir.

2. Ramiz Əskərov (Ramiz Əskər) - "Dahi dilçi Mahmud Kaşğarinin  "Divanü lüğat-it-türk" əsərinin (4 cildlik) tərcüməsi və həmin əsərlə bağlı apardığı elmi-tədqiqat işləri".

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu təqdim etmişdir.

Dövlət mükafatlarına irəli sürülmüş işlərlə ictimaiyyətin geniş tanış olması və müvafiq rəylərin bildirilməsi məqsədi ilə idarə və təşkilatlardan, ictimai və  yaradıcı birliklərdən xahiş olunur ki, yuxarıda göstərilən işlərin müzakirəsini təşkil etsinlər.

“AZƏRBAYCAN” qəzeti

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir