Modern.az

O kişi 94-cu dəfə ata olacaq

O kişi 94-cu dəfə ata olacaq

28 Aprel 2012, 18:05

Birləşmiş Ərəb Əmirliyində yaşayan hərbi təqüdçü Daad Əbdul Rəhman 94–cü dəfə ata olacaq. Modern.az  İTAR—TASS-a istinadən bildirir ki, Rəhman özünün əvvəlki həyat yoldaşlarının adını çətinliklə xatırlayır. Uşaqlarının bir çoxlarının isə adını unudub. 2009-cu ildə iki ayağının kəsilməsinə baxmayaraq o 16 arvad saxlayırdı. Onlardan 86 uşağı var idi. Rəhman bildirib ki, o 94 uşaqla qane olmaq niyyətinə deyil və “davam edəcək”. 

Son illər BƏƏ-də doğum səviyyəsi aşağı düşüb. Statistikaya görə, hər ailədə cəmi iki uşaq dünyaya gəlir.

Əbu Dabi Əmirliyinin rəhbərliyi Rəhmana ailə məsələlərində kömək edir. Hərbi təqaüddən əlavə dövlət ona 600 min dirhəm ( 163 min dollar) subsidiya və daha iki yeni ev verib. Arvadları isə pulsuz tibbi xidmətdən istifadə edirlər. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər