Modern.az

Xaricə mal ixrac edən azərbaycanlı sahibkarlara problemlər yaradılır

Xaricə mal ixrac edən azərbaycanlı sahibkarlara problemlər yaradılır

8 Yanvar 2010, 19:46

İqtisadi İnkişaf Nazirliyində ixracatçı şirkətlərlə keçirilmiş görüşlərdə Azərbaycan sahibkarları məhsullarını ixrac etdikləri xarici ölkələrdə bəzi problemlərlə qarşılaşdıqlarını bildiriblər. Modern.az-ın məlumatına görə, bu barədə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bunları nəzərə alaraq, İqtisadi İnkişaf Nazirliyi bildirib ki, iş adamları Azərbaycan mənşəli məhsulların ixracı və satışı zamanı xarici ölkələrdə hər hansı problemlə qarşılaşdıqda Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzinə (respublika daxilində stasionar telefonlardan 195-2, mobil telefonlardan və xarici ölkələrdən +994 12 195-2) müraciət edə bilərlər.
Bundan başqa, idxal-ixrac əməliyyatları üzrə qanunvericilik, xarici ölkələrdə ticarət rejimi və bu sahədə sahibkarları maraqlandıran digər məsələlərlə bağlı İqtisadi İnkişaf Nazirliyinin Xarici ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsindən daha ətraflı məlumat almaq olar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi