Modern.az

Bir qrup hüquq müdafiəçisi Naxçıvan hadisələrini araşdırmağa gedəcək

Bir qrup hüquq müdafiəçisi Naxçıvan hadisələrini araşdırmağa gedəcək

Təhsil

9 Yanvar 2010, 15:02

Yanvarın 8-də baş prokuror Zakir Qaralovla görüşən bir qrup hüquq müdafiəçisi bu gün də daxili işlər naziri Ramil Usubovun qəbulunda olublar. Nazir İnsan Haqları üzrə Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı və Çingiz Qənizadə ilə görüşüb.
Modern.az 
DİN mətbuat xidmətinə istinadən xəbər verir ki, nazir R.Usubov nazirliyin cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması istiqamətindəki fəaliyyətindən danışaraq ötən illər ərzində qazanılmış müsbət tendensiyanın, islahatların, o cümlədən müasir texnologiyaların tətbiqinin uğurla davam etdirildiyini, insan hüquq və azadlıqlarının qorunmasının, onların məruz qaldıqları hüquqazidd əməllərə qarşı təxirəsalınmaz tədbirlərin görüldüyünü, vətəndaşların ərizə və şikayətlərinə baxılması işinin daim diqqət mərkəzində saxlanıldığını bildirib. Ramil Usubov ötən dövr ərzində qeyri-hökumət təşkilatları ilə səmərli əməkdaşlığın inkişaf etdirildiyini də diqqətə çatdırıb. 
Səmimi qəbula, işgüzar əlaqələrə və əməkdaşlığa görə minnətdarlıq edən hüquq müdafiəçiləri bütövlükdə DİN-in fəaliyyətindən razılıqlarını bildirib, onları maraqlandıran bir çox məsələlərlə bağlı fikirlərini söyləyiblər. Hüquq müdafiəçiləri həmçinin Naxçıvanın Bənəniyar kəndində baş  verənləri yerində öyrənmək məqsədi ilə Naxçıvana getmək arzularını da ifadə ediblər.   
Daxili işlər naziri Ramil Usubov Bənənyar hadisələri ilə bağlı məsələnin bəzi mətbuat orqanlarında həddən artıq şişirdildiyini, dövlət orqanlarına və polisə qarşı birtərəfili və qərəzli təbliğat kompaniyasına çevrildiyini, hər bir hadisənin, vətəndaşların hər bir müraciətinin obyektiv araşdırılmasının elə dövlətin öz marağında olduğunu vurğulayıb. 

Novella Cəfəroğlunun "Turan"a verdiyi məlumata görə, hüquq müdafiəçiləri Bənənyar kəndində baş verənlərlə bağlı kənd sakinlərinin onlara dediklərini nazirə çatdırıblar. "Daxili işlər naziri Naxçıvanın daxili işlər nazirinin ona verdiyi məlumata inandığını bizim nəzərimizə çatdırdı və bildirdi ki, kənd sakinləri ilə yanaşı, Naxçıvan daxili işlər nazirinin də məlumatı ilə tanış olmaq lazımdır",-deyə hüquq müdafiəçisi bildirib.

Monitorinq qrupu yanvarın 13-də Naxçıvana gedəcək. "Biz orada Naxçıvan daxili işlər naziri ilə görüşəcəyik və Bənənyar kəndinə gedib, orada mövcud durumla tanış olacağıq", - deyə N.Cəfəroğlu qeyd edib.

Görüşdə həmçinin hüquq müdafiəçilərinin Polis Akademiyasında görüşlər keçirmələri də qərara alınıb.
Xatırladaq ki, bir neçə gün öncə Bənənyar kəndində yerli sakinlərlə polis arasında qarşıdurma olduğu, yerli camaata güc tətbiq edildiyi, bir neçə nəfərin həbs olunduğu barədə məlumatlar yayılıb.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır