Modern.az

“Eurovision” ulduzları Bulvarda - FOTOLAR

“Eurovision” ulduzları Bulvarda - FOTOLAR

30 Aprel 2012, 13:14
Dünən Milli Parkda “Eurovision”un Azərbaycandakı rəsmi Fan Klubunun təşəbbüsü ilə açıq havada möhtəşəm konsert proqramı keçirilib. Modern.az-ın məlumatına görə, “Ulduzlar Eurovisonu dəstəkləyir” şüarı altında təşkil edilən konsertə giriş sərbəst olub. Konsertin aparıcısı tanınmış şoumen Murad Dadaşov, musiqi tərtibatçısı isə dj Çina (Çingiz Mustafayev) olub.

Konsertdə ilk olaraq “Eurovision 2010”-da Azərbaycana 5-cilik qazandırmış Safura Əlizadə səhnəyə çıxıb. Daha sonra “Eurovision 2012” mahnı müsabiqəsində Gürcüstanı təmsil edəcək Anri Coxadze, ölkənin “Eurovision 2008”-ci ildəki iştirakçısı Diana Qurtskaya, Ukraynanın “Eurovision 2008” təmsilşisi Ani Lorak, “Eurovison 2011”-də Azərbaycana qalibiyyəti bəxş etmiş Ell & Nikk, Rusiyada yaşayan azərbaycanlı bəstəkar-müğənni Emin Ağalarov kimi tanınmış müğənnilər çıxış edib. Konsert proqramı Xəyyam Mustafazadənin Müslüm Maqomayevin “Azərbaycan” mahnısını ifa etməsilə başa çatıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Müxbir: Anar Kəlbiyev
Fotomüxbir: Elçin Ağayev  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?