Modern.az

Ərdoğan: “Heç kim növbədənkənar seçkini yuxusunda belə görməsin”

Ərdoğan: “Heç kim növbədənkənar seçkini yuxusunda belə görməsin”

Təhsil

9 Yanvar 2010, 15:47

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan növbədənkənar seçkilərin keçirilməsini gündəmə gətirən müxalifət partiyalarının səylərini tənqid edib. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata əsasən, Ərdoğan parlament seçkilərinin nəzərdə tutulduğu vaxtda - 2011-ci ildə keçiriləcəyini bildirib.

AKP fəalları qarşısında çıxış edən Ərdoğan Cümhuriyyət Xalq Partiyasının lideri Dəniz Baykalı və Milliyyətзi Hərəkat Partiyasının rəhbəri Dövlət Baxçalını tənqid edib. Ərdoğana görə,  müxalifət növbədənkənar seçkilər haqqında bəyanat verməklə ölkədə qarışdırmaya çalışır. Türkiyədə “daş üstünə daş qoymaq” üçün iqtidara gəldiklərini deyən Ərdoğan AKP-nin birinci partiya olduğunu, xaldan səlahiyyət aldıqlarını və bu səlahiyyət əmanətini sona qədər daşıyacaqlarını bildirib.     

O, qeyd edib ki, bu cür bəyanatlar iqtisadiyyata mənfi təsir edir. Ərdoğan maliyyə baxımından seçkilərin vaxtında keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini deyib.
"Dünyanın inkişaf etmiş ölkələrində növbədənkənar seçki olmur, bu geridə qalmağın əlamətidir", - deyə Ərdoğan bildirib.  Seçkilərin Ana Yasaya uyğun vaxtda keçiriləcəyini deyən baş nazir  bəyan edib ki, heç kim növbədənkənar seçkini yuxusunda belə görməsin.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür