Modern.az

Avropa Çempionatının Ukraynada keçirilməməsi təklifi rədd edildi

Avropa Çempionatının Ukraynada keçirilməməsi təklifi rədd edildi

1 May 2012, 11:49

Futbol üzrə 2012-ci ilin yayında təşkil olunacaq Avropa Çempionatının başqa  bir ölkəyə keçirilməsi qeyri-mümkündür. Bu haqda Avropa futbol təşkilatları şurasında “Avropa-2012”nin əməliyyat direktoru Martin Kallen bildirib. Martin Kallen deyib ki, UEFA-da hər gün Ukraynadakı  vəziyyət müşahidə olunur. Hazırda Avropa Çempionatının qrafikinə dəyişiklik etməyə ehtiyac yoxdur.
Turnirin direktoru qeyd edib ki, əgər ölkədə təhlükəli vəziyyət yaransa, yalnız o halda çempionat baş tutmaya bilər. Çempionatın Ukraynada keçirilməsinə etiraz edənlərə Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti, Almaniyanın Olimpiya İdman Konferensiyasının rəhbəri  Tomas Bax bunun əhəmiyyətsiz və uğursuz iddia olduğunu xatırladıb. O, nəzərə çatdırıb ki, ”idman siyasətdən neytral qalmalıdı, ancaq belə münasibət onu insanlar arasında divar yox, körpü edə bilər”.

Qeyd edək ki, Almaniya kansleri Angela Merkel Ukraynanın müxalifət lideri Yuliya Timoşenko azadlığa buraxılmadığı təqdirdə futbol üzrə Avropa Çempionatını boykot edə bilər.
Aropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycandakı siyasi məhbuslar üzrə həmməruzəçisi Kristofer Ştrasser də Ukraynada bu il keçiriləcək futbol üzrə Avropa çempionatını boykot etmək təklifini doğru addım sayıb.

«İdmanı və siyasəti qarışdırmaq olmaz» kimi ənənəvi mövqeni tənqid edən Ştrasser düşünür ki, belə addımın ancaq Ukrayna ilə məhdudlaşması doğru olmazdı.

Aygün Asifqızı  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir