Modern.az

Azay Quliyev: “Azərbaycana qarşı qarayaxmaların arxasında o fraksiya dayanır”

Azay Quliyev: “Azərbaycana qarşı qarayaxmaların arxasında o fraksiya dayanır”

1 May 2012, 13:07

Milli Məclisi yaz sessiyasının plenar iclası keçirilir. Modern.az-n məlumatına görə iclasda çıxış edən millət vəkili Azay Quliyev bildirib ki, bəzi mətbu orqanlar belə bir fikir səsləndirirlər güya, Azərbaycanla Almaniya dövləti arasında əlaqələr zəifləyib, xüsusi ciddi problemli məsələlər var.

Deputat məsələnin bu şəkildə olmadığını deyib:

“Fikir səsləndirilir ki, Azərbaycan mediasında məsləhətli şəkildə Almaniyaya qarşı yazılar dərc olunur. Bu da belə deyil. Bu yaxınlarda millət vəkili Rövşən Rzayev, Çingiz Qənizadə, Aydın Abbasov və mən Almaniya Bundertaqında olduq. Almaniya Bundestaqı Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Orada bizim haqlı mövqeyimizi müdafiə edən kifayət qədər deputat var. Hətta görüşlər olanda da orada dəfələrlə fikirlər səsləndirildi ki, Azərbaycan Almaniya üçün tərəfdaş bir dövlət kimi çox vacibdir. İki ölkə arasında ticarət dövrüyyəsi 2 milyard dollar olub. Biz həmişə tənqidə dözümlü yanaşmışıq və tənqid olunanda da ondan faydalanırıq. Amma Almaniya mətbu orqanlarında Azərbaycana qarşı qarayaxmalar da var. Belə yazılara səthi yanaşmaq olmaz. Bizi narahat edən bu məsələdir ki,  mən onu açıq şəkildə demək istəyirəm: Almaniyada  “Yaşıllar fraksiyası” Azərbaycanla bağlı qeyri-dəqiq mövqe nümayiş etdirir. Bu cür məsələlərə xüsusi fikir vermək lazımdır”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır