Modern.az

Səməd Seyidov Avropada Azərbaycanın niyə hədəf götürlməsindən danışıb

Səməd Seyidov Avropada Azərbaycanın niyə hədəf götürlməsindən danışıb

1 May 2012, 13:18

Milli Məclisin yaz sesiyasının plenar iclası davam edir. Modern.az xəbər verir ki, iclasda  millət vəkili Səməd Seyidov Avropa Şurası Parlament Assambuliyasının son sessiyasının iclasından danışıb. Deputat qeyd edib ki, AŞPA nümayəndəsi bütün komitələrdə fəal iştrak edib.

”Azərbaycan həmişə AŞPA qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirib. Bəzi qüvvələr var ki, Azərbaycanla bağlı öz maraqlarını diqtə etməyə çalışırlar. Bu xüsusi olaraq AŞPA-nın Azərbaycan üzrə məruzəçisi Ştrasserlə bağlıdır, onun mövqeyi doğru deyil. Ştrasser ancaq Azərbaycanda siyasi məhbus axtarışındadır, bu adam Azərbaycanı hədəf götürüb. İnsan haqları ilə bağlı məsələ təbii ki, AŞPA-nın diqqətindədir və biz də buna normal yanaşırıq. İnsan haqları ilə bağlı məsələdə digər ölkələr də var. İnsan haqları məsələsi varsa, Avropa ölkələri də məsələdə diqqətdədi. Bunda yalnız Azərbaycanı hədəf seçmək doğru deyil”.

S.Seyidov bildirib ki, məsələ ilə bağlı Ştrasserə məktub yazıb, onunla açıq müzakirə aparıblar.

”Onunla görüşüm zamanı açıq şəkildə bildirdi ki, o Azərbaycanda yalnız siyasi məhbus axtarışında olacaq. Bu bizim üçün qəbulediləməzdir, əlimdə sənəd var, beynəlxalq təşkilatlar Ermənistanda 55 nəfərin siyasi məhbus kimi həbsdə saxlandığını iddia edirlər və həmin 55 nəfər Azərbaycanın işğal olunmuş ərazisi olan Dağlıq Qarabağa əsgər kimi göndərilməkdən imtina etdiklərinə görə həbs olunublar. Amma AŞPA-da bunu insan haqları məsələsilə bağlı əlaqələndirmirlər. Halbuki, bu, çox dəhşətli bir məsələdir. Bununla Azərbaycana təzyiq edirlər və bu təzyiqdən Azərbaycanı hərtərəfli hədəfə götürmək istəyən qüvvələr var ki, onlar Avropa mediasından xüsusi yararlanmağa çalışırlar. Azərbaycan öz öhdəliklərini həmişə həyata keçirib, biz həmişə açıq müzakirələrə hazırıq. Amma bizə qarşı qərəzli yanaşanlara biz heç vaxt qəbul etmərik”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir