Modern.az

Deputat: "Azərbaycanın antiİran koalisiyasına qoşulmasını istəyirlər"

Deputat: "Azərbaycanın antiİran koalisiyasına qoşulmasını istəyirlər"

1 May 2012, 13:33


Milli Məclisin bu gün keçirilən yaz sessiyasının plenar iclasında deputatlar Avropada Azərbaycan əleyhinə dərc olunan qeyri-obyektiv yazılara, son vaxtlar artan təzyiqlərə münasibət bildirib, bunun səbəbini açmağa çalışıblar.

Modern.az xəbər verir ki, deputat Zahid Oruc bildirib ki, son vaxtlar Avropadan Azərbaycana qarşı artan təzyiqlərin məqsədi Azərbaycanı antiİran koalisiyasına qoşulmasın çalışmaqdır. Z.Oruc deyib ki, Avropa eyni zamanda Azərbaycan ərazisində aşkar olunan yeni qaz yataqlarını öz inhisarına almaq üçün də bu təzyiqləri artırıb.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan Respublikasının müstəqil siyasət yürütməsi də bu təzyiqlərin səbəblərindəndir.

Z.Oruc insan hüquqlarının pozulması ilə bağlı “Eurovision-2012”nin boykot çağırışı məsələsinin əslində gerçəkliyi əks erdirmədiyini vurğulayıb.

Deputat Şuşanın Azərbaycanın ikinci paytaxtı elan olunmasını da təklif edib:

“Biz beynəlxalq reallıqları bilməli və qiymətləndirməliyik. Azərbaycanın Əfqanıstan, Zimbabve yerinə qoyulmasına çox acıyıram. Ölkə daxilində də bəzi qüvvələr bununla nəyəsə nail olacağına ümid edir. Bəziləri istəyirlər ki, Azərbaycan antiİran blokuna qoşulsun, antiRusiya mövqeyindən çıxış etsin. Məqsəd kəşf edilən qaz yataqları ilə bağlı Qərbin maraqlarına uyğun müqavilələrin imzalanmasına nail olmaqdır. Azərbaycanın müharibə aparmaq üçün 45 milyard dolları var. Azərbaycanın əlindən bu şansı almaq istəyirlər. Hakimiyyətə gəlmək barədə düşünən bəzi şəxslər başa düşməlidir ki, xalq məğlub olanda onlar da məğlub olacaqlar. Şuşa dərdini də milli səviyyədə çəkməliyik”.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?