Modern.az

Fuad Muradov: “Biz onlarla bağlı xüsusi bir öhdəlik götürməmişik”

Fuad Muradov: “Biz onlarla bağlı xüsusi bir öhdəlik götürməmişik”

1 May 2012, 13:36

Milli Məclisin yaz sesiyasının bugünkü iclasında millət vəkil Fuad Muradov Azərbaycanın Avropada qalib olduğunu deyib:

“Bəzi qüvvələr deyirlər ki, "biz Azərbaycanda keçiriləcək “Eurovision-2012” beynəlxalq mahnı yarışmasında iştrak edəcəyik", bəziləri isə deyir "iştrak etməyəcəyik". Biz bununla bağlı hansısa öhdəlik götürməmişik. Biz qalib olmuşuq və mümkün qədər ən yaxşı şəkildə bu mahnı yarışmasını yola verəcəyik. Kim gəlirsə, xoş gəlsin, kim gəlmirsə, öz işidi, gəlməsin. Biz onlarla bağlı xüsusi bir öhdəlik götürməmişik. Bu Azərbaycanın beynəlxalq səviyyədə qələbəsidi və Azərbaycana da qələbə yaraşır. Azərbaycanın 20 faiz torpağı 20 ildir işğal olunub. İnsanlar 20 ildir insan haqlarının pozulmasından əziyyət çəkirlər, niyə Avropadan bu məsələ ilə bağlıkimsə maraqlanmır?”.

F.Muradov onu da qeyd edib ki, Almaniya Bundestaqında Azərbaycanın haqlı mövqeyini müdafiə edən kifayət qədər deputatlar  var. "Biz bu məsələni də diqqətdən qaçırmamalıyıq"-deyə F.Muradov vurğulayıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir