Modern.az

Fəzail Ağamalıdan müharibə çağırışı...

Fəzail Ağamalıdan müharibə çağırışı...

1 May 2012, 13:55

Milli Məclisin plenar iclasıında müzakirələr davam edir. Modern.az xəbər verir ki, Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Şuşanın işğalının 20 illiyi ilə bağlı çıxışında bildirib ki, Azərbaycan torpaqlarının hələ də işğalda olmasının səbəbi Dünya Birliyidir və BMT-nin Təhlükəsizlik Şurasıdır. O qeyd edib ki, BMT-nin Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı ilə bağlı dörd qətnamə qəbul edib, amma indiyə qədər bu qətnamələr reallaşmayıb.

“Lakin BMT-nin Təhlükəsizlik Şurası Liviya ilə bağlı bir qətnamə verdi və qətnamə qəbul olunandan bir saat sonra Liviyaya beynəlxalq qüvvələr yerləşdirildi”.

Fəzail Ağamalı vurğulayıb ki, bəzi beynəlxalq təşkilatlar, böyük ölkələr Ermənistanı yüksək səviyyədə himayə edirlər və Ermənistandan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Bununla bağlı deputat təklif edib ki, Azərbaycanın Xarici İşlər Nazirliyi Minsk Qrupunun həmsədrlərinə müraciət etməlidir.

“Və həmsədr dövlətlər Minsk qrupunun qarşısında hesabatla çıxış etməli, onlar hesabat verməlidirlər. Azərbaycan torpaqlarının işğladan azad olmasının yeganə yolu müharibə variantıdır. Bizim güclü ordumuz var, gecikmədən müharibəyə hazırlaşmalıyıq. Mən torpaqların işğaldan azad olunmasının yeganə variantını müharibədə görürəm. BMT Nizamnaməsi, beynəlxalq hüquq bizə imkan verir ki, torpaqlarımızı müharibə yolu ilə azad edək”.

Millət vəkili Qüdrət Həsənquliyev isə bildirib ki, Şuşanın gələcək nəsillərə saxlamadan indidən azad etməliyik. O, qeyd edib ki, beynəlxalq təşkilatlar torpaqlarımızı azad etməyəcək.

“Biz özümüzü bununla aldatmayaq. Fələstin 40 ildir ki, işğaldadır, lakin bu məsələ öz həllini tapmayıb. Azərbaycan torpaqlarını da Fələsitinin günü gözləyir. Ola bilər ki, Azərbaycan torpaqları da məhz Fələstin kimi uzun illər işğalda qalsın. Ona görə də biz müharibə yolu ilə torpaqlarımızı işğaldan azad edtməliyik”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir