Modern.az

“Almaniya səfirliyindən aldığım məktubdan təəccübləndim”

“Almaniya səfirliyindən aldığım məktubdan təəccübləndim”

Təhsil

1 May 2012, 14:18

Deputat Mübariz Qurbanlı Milli Məclisdəki çıxışı zamanı bildirib ki, martın 6-da Almaniyanın xarici işlər naziri Azərbaycana gələndə diplomatik fəaliyyətinə zidd olaraq proqramdan kənar görüşlər keçirib:

“Mən o vaxt bu məsələni Milli Məclisdə qaldırdım və bunun üstündən bir neçə gün keçəndən sonra Almaniyanın Azərbaycandakı səfirliyindən məktub aldım. Onlar mənim bu çıxışıma təəssüflərini bildirdilər. Mən həmin məktubu aldığımda təəccübləndim. Hesab edirəm ki, ölkələrindəki bəzi media qurumlarının Azərbaycanla bağlı qərəzli yazılarını alman xalqının özü rədd edəcək”.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır