Modern.az

“Azadlıq”dan Fazil Mustafanın çıxışna reaksiya: “Biz o deputatın adını çəkmək istəmirik”

“Azadlıq”dan Fazil Mustafanın çıxışna reaksiya: “Biz o deputatın adını çəkmək istəmirik”

Təhsil

1 May 2012, 16:29

Bu gün Milli Məclisin yaz sesiyasının plenar iclasında Böyük Qurtuluş Partiyasının (BQP) sədri,  millət vəkili Fazil Mustafa AXCP-ni və “Azadlıq”  qəzetini sərt tənqid edib. Modern.az-ın məlumatına görə deputat bildirib ki, “Azadlıq” qəzetin dövlətin pulunu haram sayır, amma dövlətin pulunu yeyir:
”Onda “Azadlıq” qəzeti  KİVDF-nin pulundan imtina etsin. Prezidenti tənqid edirsiniz edin, amma saat məsələsində üzr istəmək ortaya çıxanda niyə dediniz ki, bu yazı Vəfa Cəfərovanın bloqundan götürülüb? Niyə qadının üstünə göndərirsiniz hakimiyyəti? Mənim bir yazıma iyirmi cavab yazırlar. Bu mədəniyyəti, bu əxlaqı haradan almısınız? Üzr istəmək kimi elementar mədəniyyətə malik deyillər. Belə qorxaqsınızsa, daha niyə yazırdınız ki, prezidentin saatı 800 min manatdır? Deyirlər ki, guya Siyavuş Novruzovla mənim fikirlərim üst-üstə düşür. Əslində, mən Siyavuş Novruzovun əksər fikirləri ilə razılaşmıram. Amma Siyavuş Novruzovun öz liderinə göstərdiyi hörmətin zərrə qədərini Əbülfəz Elçibəyə göstərməmisiniz. İndi də çəkdiyiniz əziyyət bunun bədəlidir, ödəyirsiniz. Hələ çox ödəyəcəksiniz”.

Deputat “Azadlıq” qəzetinin bəzi köşə yazarlarınıda tənqid edib, hətta onları  “səviyyəsiz” adlandırıb.

Modern.az məsələ ilə bağlı qarşı tərəfində mövqeyini öyrənib. “Azadlıq” qəzetinin baş redaktorunun müavini Rahim Haciyev millət vəkilnin dediklərinə şərh vermək istəmədiyini açıqlayıb.  
“Mən onun mənasız fikirlərinə heç bir mövqe bildirmək istəmirəm. Mən heç onun  adını belə çəkmək istəmirəm. Adını çəkmək istəmədiyim adam barədə nə münasibət bildirim” deyə baş redaktor müavini sərt şəkildə deyib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi