Modern.az

Allahşükür Paşazadə Serbiyaya gedir

Allahşükür Paşazadə Serbiyaya gedir

1 May 2012, 16:59

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə mayın 2-də Serbiya dövlətinə səfərə yola düşür. Bu barədə Modern.az-a QMİ-nin mətbuat xidmətindən məlumat verilib.

QMİ sədri A.Paşazadə mayın 3-də Belqrad əhərində Azərbaycan dövlətinin dəstəyi ilə təmir və bərpa edilmiş «Bayraqlı Cami» məscidinin və «Müqəddəs Petka» kilsəsinin açılış mərasimlərində iştirak edəcək. Təntənəli açılış mərasimlərində Azərbaycan və Serbiyanın yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, müsəlman və xristian din xadimləri, ictimaiyyət və KİV nümayəndələri iştirak edəcək.

Nümayəndə heyətinin tərkibində Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksandr İşeyin də Belqrada səfər edəcək.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir