Modern.az

“Azərsu” şadlıq evlərinin oğurluğunu aşkarlayıb - FOTO

“Azərsu” şadlıq evlərinin oğurluğunu aşkarlayıb - FOTO

1 May 2012, 17:15

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti içməli suyun dəqiq uçotunun aparılması və sudan qeyri-qanuni istifadə hallarının aradan qaldırılması istiqamətində nəzarət tədbirlərini davam etdirir. Qurumdan Modern.az-a bildirlib ki, son vaxtlar bu sahədə nəzarət tədbirləri gücləndirilsə də, təəssüflər olsun ki, hələ də bəzi abunəçilər içməli sudan sayğacdankənar və müqavilə bağlamadan istifadə edirlər.
“Su təchizatı və tullantı suları haqqında” qanunun tələblərini əsas götürməklə “Azərsu” ASC-nin Kommersiya və Daxili nəzarət departamentlərinin əməkdaşları mütəmadi belə obyektlər aşkarlayır. Həyata keçirilən nəzarət tədbirləri nəticəsində təkcə aprel ayında paytaxtın müxtəlif rayonlarında içməli sudan qeyri-qanuni istifadə ilə bağlı  50-yə qədər  fakt aşkarlanıb. Belə hallara daha çox şadlıq evləri və restoranlarda, hamam, camaşırxana, avtoyuma və kimyəvi təmizləmə məntəqələrində rast gəlinir. “Azərsu” ASC-nin əməkdaşları tərəfindən keçirilən sonuncu reyd zamanı Binəqədi rayonu Biləcəri qəsəbəsində fəaliyyət göstərən “Dalğa-Kater” firmasına məxsus “Dalğa” şadlıq sarayında içməli sudan qeyri-qanuni istifadə faktı aşkarlanıb. ALFASU smart-kart sayğacı ilə təmin olunmuş obyektə içməli suyun verilməsi 15 mm diametrli borularla nəzərdə tutulsa da, paralel olaraq qeyri-qanuni çəkilmiş 32 mm diametrli xətdən istifadə edilirmiş.  Bununla əlaqədar obyekt sahibinin iştirakı ilə fakt aktlaşdırılıb və obyektin su təchizatı dayandırılıb.
“Dalğa-Kater” firmasının içməli sudan qeyri-qanuni istifadə edilməsi nəticəsində “Azərsu” ASC-yə dəymiş zərər qiymətləndirilib və abunəçiyə qarşı 1825 manat 20 qəpik məbləğində cərimə tətbiqi barədə qərar çıxarılıb.  “Azərsu” ASC bir daha abunəçilərin diqqətinə çatdırır ki, içməli sudan qeyri-qanuni istifadə etməsinlər. Belə halların aşkarlanması üçün nəzarət tədbirləri mütəmadi davam etdiriləcək və qanunsuz hərəkətlərə yol verən abunəçilər içməli su təchizatı qeyd-şərtsiz dayandırılmaqla cərimələnəcək.



Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir