Modern.az

Deputat Leyla Abdullayeva - “Oğrulara yox deyək!”

Deputat Leyla Abdullayeva - “Oğrulara yox deyək!”

1 May 2012, 17:34

Milli Məclisin bu gün keçirilən iclasında  “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanun layihəsinin 1-ci oxunuşu zamanı deputat Leyla Abdullayeva “oğrulara yox deyək!” fikrini səsələndirib.

Millət vəkili bildirib ki, bu gün Azərbaycan dövləti əqli mülkiyyət obyektlərinin nüsxələrinin qeyri -qanuni istehsalı, yayılması, onlardan qanunsuz istifadə edilməsi ilə mübarizə aparır. Bununla bağlı geniş qanunvericilik bazası mövcuddur.

”Lakin hesab edirəm ki, sırf bu sahədə olan problemləri dövlətin üzərinə tamamilə qoymaq da o qədər düzgün sayıla bilməz. Hər bir vətəndaş özü də hər hansı bir kitaba, audiovizual əsərə, kompüter proqramına müraciət edərkən keyfiyyətli nümunəni əldə etməyə çalışmalıdır. Hesab edirəm ki, bu həm də düşüncə tərzinin nümunəsi olmaqla istehlak mədəniyyətinin inkişaf göstəricisdir. Təəssüf ki, vətəndaşlarımız hər hansı bir əmtəəni, məsələn, geyim, qida əldə edərkən onun keyfiyyətli olması, həqiqi marka, brend olub -olmamasına diqqət yetirsələr də, əqli mülkiyyət obyektlərinə gəldikdə buna heç bir önəm vermirlər. Halbuki, məlumdur ki, bir sıra ölkələrdə insanlar pirat məhsullardan istifadə etməyi, onlara pul ödəməyi özlərinə təhqir hesab edirlər. Orada bunu az qala oğurluğun bir növü kimi qiymətləndirirlər. Hətta bəzi ölkələrdə bilərəkdən pirat məhsulları alan şəxslər inzibati məsuliyyətə cəlb edilir və cərimələnirlər. Onlar az qala cinayətdə iştirakçı kimi qiymərləndirirlər”.

L.Abdullayeva deyib ki, vətəndaşlar arasında maarifləndirmənin aparılmasına  ehtiyac var.
”Məsələn, qonşularımızdan Rusiya və Türkiyədə tez - tez belə kampaniyalar keçirilir. Buraya məşhur idmançılar, yazıçı və aktyorlar, ictimai xadimlər qoşulurlar. Onlar  “piratçılığa son!”, “pirat məhsul alma-oğruya pul vermə!” şüarları ilə geniş təbliğat layihələrində iştirak edirlər. Təklif edərdim ki, bizdə də belə layihələr reallaşdırılsın. 
Bu baxımdan hesab edirəm ki, xüsusilə kütləvi informasiya vasitələrinin üzərinə böyük iş düşür. Bu məsələdə maarifləndirməyə, istehlak mədəniyyətinin təbliğinə  böyük ehtiyac vardır”.


Modern.az
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı