Modern.az

Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin həcmi açıqlandı

Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin həcmi açıqlandı

1 May 2012, 18:58


Modern.az
xəbər verir ki, Müdafiə Nazirliyi Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin həcmini açıqlayıb.

Nazirliyin rəsmi internet saytında yerləşdirilən məlumata görə, 2012-ci il may ayının 1-dək Silahlı Qüvvələrə Yardım Fondunun manat hesabına 25 milyon 370 min 822 AZN, dollar hesabına 193 min 791 ABŞ dolları, avro hesabına isə 593 avro pul  daxil olub.

Bu Fond mərhum dövlət başçısı Heydər Əliyevin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Həmin sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.

Silahlı Qüvvələrə Yardım Fondunun əsasnaməsinə görə, yığılan vəsait Silahlı Qüvvələrin maddi-texniki bazasının inkişafına, hərbi təyinatlı məmulatların hazırlanmasına, sınaqdan keçirilməsinə, onların istehsalına, təmirinə və modernləşdirilməsinə, hərbi elmi-tədqiqat və konstruktor-sınaq işlərinin aparılmasına, hərbi texnika, silah və döyüş sursatı alınmasına, hərbi kadrların hazırlanmasına, onların ixtisasının artırılmasına, hərbçilərin sosial və məişət problemlərinin həllinə yönəldilə bilər.

Beynəlxalq Bankın Binəqədi rayon filialında Silahlı Qüvvələrə Yardım Fondunun manat, dollar, avro hesabları fəaliyyət göstərir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir