Modern.az

Amerika Bin Ladenin şəxsi sənədlərini yayımlayacaq

Amerika Bin Ladenin şəxsi sənədlərini yayımlayacaq

2 May 2012, 09:39

Ağ Ev  Əl-Qaidə terror təşkilatı rəhbəri Usamə Bin Ladenin öldürüldüyü evdə  müsadirə edilmiş bəzi sənədləri internet vasitəsilə yayımlayacağını elan edib. Modern.az bildirir ki, bu barədə ABŞ prezidenti Barak Obamanın  terrorla mübarizə məsələsində baş məsləhətçisi Con Berinan Vest Point hərbi kollecindəki çıxışında açıqlayıb.

Sənədlərin məzmunu ilə bağlı danışarkın Berinan keçmiş Əl-Qaidə liderinin ordusundakı mübarizə ruhunun itiriliməsindən şikayətləndiyini qeyd edib. Berinan həmçinin qeyd edib ki,nterror təşkilatı dalbadal  bir neçə fəlakətə məruz qalıb.

Berinan onu da əlavə edib ki, Bin Ladenin ölldürülməsi Əl-Qaidənin yox olması demək deyil. Ancaq Bin Laden və onun  bir sıra köməkçilərinin öldürülməsi Birləşmiş Ştatları daha təhlükəsiz yer halına gətirib. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?