Modern.az

Tarixçilər "erməni məsələsi"nə görə Türkiyəyə yığışırlar

Tarixçilər "erməni məsələsi"nə görə Türkiyəyə yığışırlar

2 May 2012, 09:45

Tarixdə heç bir zaman olmayan uydurma “erməni soyqırımı”nın 100-cü ildönümü yaxınlaşdıqca  Türkiyədə də erməni araşdırmalarının və keçirilən elmi toplantıların sayı artıb.
Belə toplantılardan biri mayın 2-5-də Ərzurumda keçiriləcək. Atatürk Universitetində təşkil olunacaq “Birinci beynəlxalq türk-erməni əlaqələri və böyük güclər” adlı simpoziumda Türkiyə, ABŞ, İsveç,  İran və digər ölkələrdən 90-dan çox tarixçi və siyasətşünas iştirak edəcək. Simpoziumda Azərbaycan tarixçisi, millət vəkili Musa Qasımlı xarici ölkələrin arxiv materialları və sənədli mənbələri əsasında hazırladığı “Çar Rusiyasının isti dənizlərə enmək istəkləri və ermənilər” mövzusunda məruzə ilə çıxış edəcək.

Modern.az

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir