Modern.az

Azərbaycanın Qərbə sərt demarşı: “Başqa siyasi bloka qoşulmaq təklifi almışıq”

Azərbaycanın Qərbə sərt demarşı: “Başqa siyasi bloka qoşulmaq təklifi almışıq”

2 May 2012, 09:58

Azərbaycan xüsusən qonşu Ermənistanla Dağlıq Qarabağ münaqişəsi məsələsində daha geniş dəstək almayacağı təqdirdə, qərbyönümlü mövqeyini yenidən nəzərdən keçirə və “yeni blok”a daxil ola bilər. Modern.az bildirir ki, bu barədə “Bloomberg Bussinesweek” agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, bu barədə Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib. Məmmədov deyib ki, rəsmi Bakı işğalçı qoşunların Dağlıq Qarabağ ətrafındakı Azərbaycan rayonlarından çıxarılması məsələsində Avropa və ABŞ-ın Ermənistana təzyiq göstərməsini istəyir. Onun sözlərinə görə, Azərbaycan artıq başqa siyasi ittifaqa qoşulmaq təklifi alıb.

“Biz hazırkı məqamda bu təklifləri qəbul etməmişik. Lakin belə davam edərsə, biz bu təklifləri 5-10 il ərzində qəbul edə bilərik. Biz Qərbdən Dağlıq Qarabağ məsələsində dəstək gözləyirik”- deyə, N.Məmmədov qeyd edib.

N.Məmmədovun sözlərinə görə, Azərbaycan taleyini Qərblə bağlayan yeganə dünyəvi müsəlman ölkəsidir. Bununla yanaşı, o qeyd edib ki, NATO-nun Əfqanıstana bütün tədarüklərinin təqribən 35 faizi Azərbaycandan tranzitlə həyata keçirilir.

“Lakin biz buna cavab olaraq müsbət münasibət görmürük”, - o deyib. Məmmədov bildirib ki, Azərbaycanın keçmiş sovet respublikalarını birləşdirən Müstəqil Dövlətlər Birliyinin üzvü olduğu bir vaxtda Qərblə yaxınlığı İranla münasibətlərdə də müəyyən gərginlik yaradıb.

“İran bizə deyir: Siz neftinizi niyə Qərbə satırsınız? Siz ABŞ və İsraillə münasibətlərinizi pozmalısınız, çünki onlar bizim düşmənimizdir” deyə, o vurğulayıb.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi