Modern.az

DAK Gənclər Təşkilatının sədri birləşməyin tərəfdarıdır

DAK Gənclər Təşkilatının sədri birləşməyin tərəfdarıdır

10 Yanvar 2010, 13:07

Bir neçə yerə parçalanan Dünya Azərbaycanlıları Konqresinin (DAK) birləşməsi istiqamətindəki təşəbbüslər hələki nəticəsiz qalır. Sonuncu belə təşəbbüslə bir neçə gün öncə İzmir Azərbaycan Kültür Mərkəzinin başqanı Camal Mehmetxanoğlu və Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi çıxış edib. Onlar DAK adı ilə fəaliyyət götərən diaspor təşkilatlarına müraciət edərək birləşməyə çağırıblar.
DAK Gənclər Təşkilatının sədri Seymur Həsənli Modern.az-a deyib ki, birləşmək təşəbbüsünü alqışlayır və buna tərəfdardır. S.Həsənli Camal Mehmetxanoglu və Ayhan Dəmirçini diaspor sahəsində önəmli şəxslər adlandıraraq onların müraciətini təqdir etdiyini söyləyib: “Birləşmə təklifi ilə çıxış edən bu iki şəxsin diaspor quruculuğu istiqamətindəki fəaliyyəti DAK-ın İdarə Heyəti üzvlərinin 70 faizinin fəaliyyətindən güclüdür. Camal Mehmetxanoglu və Ayhan Dəmirçinin diasporla bagli istənilən təklifi etməyə haqları çatır”.
S.Həsənli deyib ki, Dünya Azərbaycanlıları Konqresi adı altında fəaliyyət göstərən təşkilatlarda hörmət etdiyi şəxslər çoxdur: “DAK-ın parçalanmasında xarici amillərin böyük təsiri olub. Ümid edirəm ki, birləşmə mümkün olacaq”.

Xatırladaq ki, hazırda Dünya Azərbaycanlıları Konqresi adına iki əsas təşkilat iddia edir. Onlardan birinə Qulamrza Təbrizi, digərinə Sabir Rüstəmxanlı rəhbərlik edir.

Günay Musayeva

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir