Modern.az

Gəncə-İstanbul aviareysi açıldı

Gəncə-İstanbul aviareysi açıldı

2 May 2012, 11:20

Bu gün Türkiyənin “Onur Air” aviaşirkəti İstanbul-Gəncə-İstanbul aviareysi üzrə ilk uçuşunu edib. Yerli vaxtla saat 7-10-da İstanbuldan gələn ilk təyyarə Gəncə Beynəlxalq Hava Limanında yerə enib.

Aviareys  “AEROBUS-A-320” tipli təyyarə ilə həyata keçirilib. İstanbulun  Atatürk Hava Limanından havaya qalxan təyyarə Gəncə Beynəlxalq Hava Limanına 2 saat 30 dəqiqəyə çatıb.

Modern.az-ın məlumatına görə, Türkiyənin “Onur Air” aviaşirkətinə məxsus  “AEROBUS-A-320” tipli təyyarə İstanbuldan  04-10-da havaya qalxacaq. Gəncəyə çatması 7-10, geri qayıtması isə 08-35-də olacaq.

Gəncə Beynəlxalq Hava Limanının direktoru Bəylər Nəcəfov: “Mayın 2-də ilk sərnişinlərimizi qəbul etdik və ilk sərnişinlərimizi yola salırııq. 130 sərnişinimiz gəlib, 160 sərnişin də Gəncədən İstanbula uçacaq. Qiymət ilkin olaraq 79 avrodan, 110 avroya qədərdir. Sonra ola bilər qiymət dəyişsin”.

Türkiyənin “Onur Air” şirkətinin rəhbərliyi də bu aviareysin açılmasını müsbət qiymətləndirib. Əməkdaşlığın davamlı olacağına əminlik ifadə olunub.  

İstanbul - Gəncə - İstanbul reysinin iki illik fasilədən sonra yenidən fəaliyyətə başlaması isə sərnişinlərin ürəyincədir.

Qeyd edək ki, “Onur Air” aviaşirkəti İstanbul-Bakı- İstanbul aviareysi üzrə də uçuşlar həyata keçirir. 


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir