Modern.az

Məleykə Abbaszadə 20 rayonun təhsil müdiri ilə müşavirə keçirib

Məleykə Abbaszadə 20 rayonun təhsil müdiri ilə müşavirə keçirib

2 May 2012, 11:57

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) cari tədris ili üzrə orta ümumtəhsil müəssisələrində buraxılış imtahanlarının keçirilməsinə hazırlıq işlərinə həsr olunmuş tədbirlər çərçivəsində 2012-ci il mayın 1-də Ağdam, Cəbrayıl, Qubadlı, Laçın, Şuşa, Füzuli, Kəlbəcər, Xocavənd, Xocalı, Zəngilan, Abşeron, Xızı, Siyəzən, Şamaxı, İsmayıllı, Qobustan, Quba, Şabran, Qusar və Xaçmaz şəhər və rayon təhsil şöbələrinin nümayəndələri ilə müşavirə keçirilib.

TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, müşavirədə TQDK sədri Məleykə Abbaszadə, Komissiyanın müvafiq şöbələrinin müdirləri və əməkdaşları iştirak ediblər.

Tədbirdə buraxılış imtahanlarının keçirilməsi ilə əlaqədar görüləcək tədbirlər və bu istiqamətdə şəhər və rayon təhsil şöbələrinin üzərinə düşən vəzifələrə dair müzakirələr aparılıb.

Respublikanın digər şəhər və rayon təhsil şöbələrinin nümayəndələri ilə müşavirələr təsdiq edilmiş qrafik üzrə bu gün və sabah keçiriləcək. 

Anar Kəlbiyev

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir